ABOUT US

IBP İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində həllər təqdim etmək məqsədilə 2012-ci ildə Bakı şəhərində təsis edimişdir. Yeni yaranmasına baxmayaraq, IBP çox qısa müddətdə fəaliyyət göstərdiyi sahədə gətirdiyi innovativ və sürətli həllərlə sektorda özünəməxsus yer tutmuş və axtarılan şirkət halına gəlmişdir.

Əsas olaraq web təməlli proqramların yazılması sahəsində ixtisaslaşan şirkət, bir tərəfdən müştəri tələblərinə uyğun həllər təqdim edir, digər tərəfdən isə Araşdırma və İnkişaf etdirmə (RE&DE) fəaliyyətlərinə əhəmiyyət verərək öz məhsullarını inkişaf etdirir. Müştərilərin iş modellərinə asanlıqla inteqrasiya edilə bilən müasir modulyar həllər təqdim etməsi də bu sahədə uğur əldə etməsində böyük rol oynamışdır. IBP göstərdiyi ənənəvi xidmətlərlə yanaşı bəzi sahələrdə xüsusi ixtisaslaşmanı seçmiş və web-dizayn, web-portal, web-proqram, CMS və e-təhsil istiqamətində peşəkar xidmət göstərməyi qarşısına məqsəd qoymuşdur.

Öz missiyasını ən müasir dizayn və İKT alətlərini istifadə edərək qabaqcıl həllər yaratmaq və bunları müştərilərin istifadəsinə təqdim edərək onların iş proseslərinin sürətləndirilməsinə dəstək olmaq kimi müəyyənləşdirən IBP hər gün artan müştəri portfeli və kadr heyəti ilə işini uğurla davam etdirir.


Web dizayn

IBP, müştərilərinin hədəf kütləsinin xüsusiyyətlərini ətraflı araşdıraraq onların imicinə və hədəf kütlənin özəlliklərinə uyğun tərzdə, son texnologiyalardan istifadə etməklə web saytlarının hazırlanması işində olduqca təcrübəlidir.

İndiyədək fərqli sektorlardan bir çox web saytı dizaynı hazırlayan IBP, bu sektorda xidmət göstərməyə başladığı gündən ən gözəl dizaynları həyata keçirməyə diqqət etmişdir.


Elektron Ticarət

IBP hazırladığı e-ticarət saytları ilə məhsul və xidmətlərin internetdən satılması üçün müvafiq platformarın qurulmasını təmin edir. Azərbaycanadn istifadə olunan bütün internet ödəniş sistemlərini istifadə edərək internetdən ödəniş sisteminin qurulmasına imkan yaradır. Tələbə uyğun dünyada mövcud olan digər onlayn ödəniş sistemlərində istifadə etmə imkanı da təqdim edir.

IBP müştərilərin ehtiyaclarına görə ən ideal şəkildə e-ticarət saytlarının hazırlanmasında geniş təcrübəsi mövcuddur.


Web əsaslı tətbiqlər və layihələr

Web əsaslı tətbiqlər və layihələr sürətlə masaüstü proqramların yerini tutmaqdadır. Web əsaslı proqramların masaüstü proqramlara görə ən böyük üstünlüyü istənilən yerdən idarə edilmə imkanının olmasıdır. Bunların istifadəsi üçün heç bir əlavə proqrama ehtiyac duyulmur və sadəcə internet explorer vasitəsilə idarə olunur.

IBP tərəfindən müştərilərə, web vasitəsilə işləyən otel rezeravasiya proqramı, mühasibatlıq proqramı, CD və DVD kiralama proqramı, kitabxana proqramı, İdarəetmə məlumat sistemi proqramı, onlayn söhbət proqramı, MRP, CRM həlləri hazıranmışdır.


Elektron Təhsil

IBP-un kadr heyətinə daxil olan mütəxəssislər e-təhsil sahəsində uzun müddət xaricdə çalışıb və bir çox xarici şirkətin, universitetin və xarici dövlət qurumlarının e-təhsil layihələrinin həyata keçirilməsində aktiv rol alıblar.

Bu sahədə xaricdə əldə edilən dərin təcrübənin ölkəmizin e-təhsil layihələrində istifadəsi üçün IBP nəzdində Nod LMS adında e-təhsil proqramı hazırlanmışdır. E-təhsil proqramı mövcud insan resursları, ERP proqramları və mərkəzləşdirilmiş Idap sistemlərinə asanlıqla inteqrasia olunabiləcək formada hazırlanmışdır.


Elektron təhsil və digital materialların hazırlanması

IBP Flash, Illustrator, Photoshop, 3d max vs. programlarını istifadə edərək istənilən ssenariyə uyğun animasiyalar, cizgi filmlər, asimasiyalı simulyatorlar və video filmlər hazırlamaqdadır. Heyətə daxil olan rəssamlar tərəfindən istəyə uyğun olaraq verilən təsvirləri rəqəmasal hala gətirərək animasiyaya əlavə edilir.


SCORM dəstəkli materialların hazırlanması və hazır materialların SCORM dəstəkli hala gətirilməsi

IBP əlinizdə olan hazır materialları SCORM dəstəkli hala gətirərək, SCORM dəstəkli e-təhsil proqramlarında problemsiz işləməsini təmin edə bilər.


Məsləhət xidmətləri

Bir çox qurum və müəssisə proram təminatı ehtiyaclarını sadəcə kod yazmağı bacaran mühəndisləri işə götürərək həll etməyə çalışırlar. Bizim uzun illərdən gələn təcrübə bu yanaşmanın müsbət nəticə vermədiyini göstərir. Belə ki, çox vaxt hazırlanan proqramların sənədləşməsi, sınağı, keyfiyyət yoxlaması kimi vacib olan mərhələlər mühəndislər tərəfindən nəzərə alınmadığından nəticə uğurlu olmur. Proqramın hazırlanmasında iştirak edən mühəndislərin işdən ayrılması halında isə çox vaxt proqram sahibsiz qalır və görülən işlər yarımçıq dayandırılır.

Bizim komandaya daxil olan məsləhətçilər öz sahələrində qərb ölkələrində yüksək təhsil almış, İKT sahəsində magistratura təhsilinə sahib həm nəzəri həm praktiki biliyi olan peşəkarlardan ibarətdir.

IBP məsləhət xidmətləri, proqramların hazırlanması zamanı qarşılaşacağınız problemləri minimuma endirmək və bunları qısa vaaxtda həll etmək barədə sizə dəstək olur.

Proqram hazırlanmağa başlanmazdan əvvəl müştəri ilə ətraflı ehtiyac analizi edir və müştəri tələbləri çıxarılaraq kodlaşdırılır.

Proqram hazıranması üçün bir plan tərtib edir və proqramı hazırlayacaq mühəndisərə təqib ediləcək strtategiyaları göstərir. Müəyyən müddətdə proqramın hazırlanmasının gedişatına nəzarət edir və müştəriyə bununla bağlı hesabat verir.

IBP tərəfindən .Net platformu, PHP dilləri istifadə olunaraq proqramlar hazırlanır. Ehtiyac duyulan proqramlar IBP tərəfindən planlaşdırılır, yazılır, test edilir və keyfiyyət yoxlanışından keçirilərək qüsursuz şəkildə təslim edilir.

creative technology performance what we do?
We imagine
and We perform